Ayşe Coral
Speech Time: 4.10 PM

Ayşe Coral Adler Central Europe şirkətinin Baş direktoru, Associate Certified Coach

Ayşe Coral Türkiyədə fəaliyyət göstərən Adler Central Europe şirkətinin rəhbəri vəzifəsini icra edir. O, həmçinin Adler tərəfindən sertifikatlaşdırılmış təlimçi və rəhbərlərlə iş üzrə kouçdur.

Ayşe xanım həmçinin Adler tərəfindən sertifikatlaşdırılmış təlimçi və rəhbərlərlə iş üzrə kouçdur. 25 il ərzində tekstil sahəsində öz biznesini idarə etdikdən sonra o, öz kouçinq təliminə başlayaraq, 2010-cu ildə sertifikasiya  və praktikum proqramını bitirmiş və ACPC Adler Certified Professional Coach ünvanını qazanmışdır.

O, Mentor kouçinq və Komanda kouçinqi təlimlərindən (Living System Approach tərəfindən) keçmiş, eləcə də, dünyanın hər yerindən olan tanınmış təlimçilərin apardığı şəxsi inkişaf və mənəvi mövzulu təlimlərdə iştirak etmişdir. İstəyinə uyğun olaraq, o ictimai məsuliyyət mövzusunda qadınlarla müxtəlif layihələr üzərində çalışmış və öz bizneslərini qurmaqda onlara mentorluq etmişdir.

Ayşe Coral Türkiyədə PET (Parents Effectiveness Training/Thomas Gordon) proqramının ilk təlimçilərindəndir.

Onun  kouçinq və mentorluq bacarıqlarına uyğun korporativ təcrübəsi Kouçinq məktəbinin rəhbərliyinə dəstək olmuş və böyük nailiyyətlər gətirən komanda işini yaratmışdır.

“Biz”in gücü

Onun yanaşması həyat və insanlara olan sevgisinə əsaslanır. O, hesab edir ki, dəyişiklik insanlara toxunmaqla , eyni zamanda, bu proses ərzində digər bir şəxsin həssaslığını müşahidə etmək və ona şəfqətlə yanaşmaqla  həyata keçə bilər. Onun həyat devizi “inadla ulduzlara doğru”  mənsını verən “per Ardua Ad Astra”dır. O, insanın əgər həvəs və qətiyyətlə çalışarsa, ulduzlara çatacağına çox inanır.

%

More Speakers

Vedat Erol
Speech Time: 2.05 PM

Vedat Erol

"As Leader" liderlik məktəbinin qurucusu, Master Certified Coach
Fatma Eser Ömeroğlu
Speech Time: 4.10 PM

Fatma Eser Ömeroğlu

ICF Türkiyə ofisinin rəhbəri, Professional Certified Coach
Fidan Əzimli
Speech Time: 5.10 PM

Fidan Əzimli

ALPHA Coaching & Consulting şirkətinin qurucusu, ACC
Veronica Lysaght
Speech Time: 10.30 AM

Veronica Lysaght

Strategiya üzrə Regional Direktor, Beynəlxalq Kouç Federasiyası