Fidan Əzimli
Speech Time: 5.10 PM

Fidan Əzimli ALPHA Coaching & Consulting şirkətinin qurucusu, ACC

Baki Dövlət Universitetinin “Sosial elmlər və psixologiya” və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dekorativ-tətbiqi incəsənət” fakültələrini bitirmişdir. Sonralar Rusiyanın Tətbiqi Psixofiziologiya Mərkəzində psixologiya üzrə ixtisasını artmışdır.

İlk iş təcrübəsinə 1999-ci ildə BDU-nun psixologiya kafedrasının müəllimi kimi başlamış və həmin universitetdə 14 il ərzində yaş, sosial, hüquq və yaradıcılıq psixologiyası fənnini tədris etmişdir.

2008-ci ildən biznes təlimçiliyi ilə məşğul olur. Fidan Əzimlinin biznes təlimçi kimi ümumi auditoriyası 17.000 nəfəri keçmişdir.

2009 -2016 illər arasında müxtəlif şirkətlərdə İR departamentlərin rəhbəri vəzifəsində çalışmışdır.

2011-ci ildə biznes məsləhətlərini təqdim edən “Alpha Business Services” şirkətini yaratmışdır.

2016-ci ildə dünyanın köklü kouçinq məktəblərindən sayılan Kanada mərkəzli Adler Graduate Professional School institutundan ACTP proqramı üzrə peşəkar kouçinq sertifikasıyası almışdır və həmin ildən etibarən biznes fəaliyyətinə rebrendinq olunmuş ALPHA Coaching & Consulting şirkətinin rəhbəri kimi davam edir.

Kouçinq xidmətlərini təqdim etdiyi və təlim verdiyi şirkət və təşkilatlar arasında Bakcell, Azərsun Holdinq, Azərbaycan Beynəlxalq Bankı, Paşa Həyat, Kapital Bank, Rabitə Bank, Nobel Oil, UNISEF, ITECA, Azintelecom, SOS uşaq kəndləri, ASAN Xidmət və s. nüfuzlu şirkətləri qeyd etmək mümkündür.

Fidan Əzimli Azərbaycanın Beynəlxalq Kouç Federasiyası tərəfindən sertifikatlaşdırılmış ilk kouçlarından biridir və bu təşkilat tərəfindən Associate Certified Coach ünvanı almışdır. O, eyni zamanda dünyanın köklü kouçinq məktəblərindən sayılan Adler Kouçinq Məktəbi tərəfindən Adler Certifed Professional Coach dərəcəsinə layiq görülmüşdür.

Dəfərlərlə elmi jurnallarda məqalələri dərc olunmuş, mütxtəlif TV və radio proqramlarına ekspert qismində dəvət olunmuşdur.

%

More Speakers

Veronica Lysaght
Speech Time: 10.30 AM

Veronica Lysaght

Strategiya üzrə Regional Direktor, Beynəlxalq Kouç Federasiyası
Vedat Erol
Speech Time: 2.05 PM

Vedat Erol

"As Leader" liderlik məktəbinin qurucusu, Master Certified Coach
Alexandra Pritsker
Speech Time: 2.55 PM

Alexandra Pritsker

Qlobal Kouçinq Universitetinin Prezidenti, Master Certified Coach
Dorothy E. Siminovitch
Speech Time: 10:05 AM

Dorothy E. Siminovitch

Gestalt Kouçinq Məktəbinin qurucusu, Master Certified Coach